Vaxt.Az

Paşinyan Moskvaya niyə gedir?


 

Kreml sahibi erməni baş nazirə dəstək verəcək, yoxsa təzyiq edəcək

Paşinyan Moskvaya niyə gedir? Ermənistanın baş naziri Nikol Paşinyan sabah Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görəsən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov Paşinyanın Kremldə keçirəcəyi görüş barədə “hazırkı beynəlxalq vəziyyətdə bu xüsusi əhəmiyyət kəsb edir” dedikdə nəyi nəzərdə tutub?

Ermənistan müxalifəti hesab edir ki, Paşinyan Moskvada Putinlə hansısa sənədə imza atacaq. Putinin qarşısında iki variant var: Kreml sahibi ya Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına – Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına dəstək verəcək, ya da bu prosesi pozmaq üçün imzalayacağı sənəd vasitəsilə Paşinyana müxtəlif vasitələrlə təzyiq edəcək. Putin Ukraynadakı ağır müharibə və Qərbin sərt sanksiyaları fonunda məntiqlə Cənubi Qafqazdakı sülhyaratma prosesinə mane olmamalıdır. Ancaq məntiq olsaydı, Putin Ukraynaya hücum etməzdi...

 





18.04.2022    çap et  çap et