Vaxt.Az

Xülya ilə yaşayan Oskanyan


 

Sabiq nazir Azərbaycanla sülh sazişi imzalaması ideyasının əleyhinədir

Xülya ilə yaşayan Oskanyan Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan son məqaləsində keçmiş prezident Levon Ter-Petrosyanla hazırkı baş nazir Nikol Paşinyan arasında belə bir müqayisə aparıb: “Levon Ter-Petrosyan Laçın istisna olmaqla Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana qaytarmağın yerinə Dağlıq Qarabağın statusunu sonraya saxlamağı təklif edirdi. Nikol Paşinyan isə statusdan vaz keçərək Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımağa hazırdır”. Vardan Oskanyan Paşinyanın Azərbaycanla sülh sazişi imzalaması ideyasının əleyhinədir. Oskanyan Paşinyanın beynəlxalq aləmə istinadının yanlış olduğunu bu şəkildə izah etməyə çalışıb: “Tam əksinə, beynəlxalq aləm dağınıqdır, bundan istifadə edib Azərbaycanın xeyrinə addım atılmamalıdır”.

Jurnalist ikən 1999-cu ildə İrəvanda Vardan Oskanyandan müsahibə götürmüşdüm. Qarabağla bağlı verdiyim suallara açıq-aşkar işğalın davam edəcəyini əminliklə söyləmişdi. Azərbaycan ordusu 44 günlük savaşla Oskanyanın istinad etdiyi “reallığı” darmadağın etdi. Oskanyan bu reallığı qəbul etmək əvəzinə keçmiş illərin işğal xülyası ilə yaşayır və Paşinyana ağıl qoymaq istəyir. Ancaq onun beynəlxalq aləmin dağınıq olmasıyla bağlı fikrinə diqqət yetirmək lazımdır. Oskanyan faktiki beynəlxalq səviyyədə Azərbaycan əleyhinə təbliğatın və təxribatların davamına səsləyir. Buna imkan vermək olmaz.

 





18.04.2022    çap et  çap et