Vaxt.Az

Mariupol döyüşür...


 

Azovstalın infrastrukturu partizan müharibəsi üçün olduqca yaxşı zəmin yaradır

Mariupol döyüşür... Dünən sosial şəbəkələrdə (17 aprel) insanların bir qismi Mariupolun tam olaraq rus ordusu tərəfindən tutulduğunu yazdılar. Əsas olaraq nazir Kuleybanın, şəhər artıq yoxdur, ifadəsi göstərilirdi.

Məsələ ondadır ki, doğrudan da rus ordusu tərəfindən tamamən dağıdılmış, əhalisi qətl edilmiş və qaçqın salınmış bu gözəl şəhər, həqiqətən yer üzündən silinməkdədir. Amma şəhərin müdafiəçiləri bu gündə onun üçdə bir hissəsinə (əsasən Azovstal zavod kompleksi) nəzarəti itirməyib, döyüşləri davam etdirirlər.

Şəhərin müdafiəsində məşhur “Azov” polku ilə yanaşı ərazi müdafiə taboru, yerli polis, sərhədçilər, həmçinin bu günlərdə mühasirəni yararaq müdafiəçilərin köməyinə gələn dəniz piyadaçıları da döyüşürlər.

Azovstal zavodunun infrastrukturu, əsasən yeraltı sex və bunkerləri, sığınacaqları, Ukrayna döyüşçülərinin qorunması, təchizatı üçün olduqca yaxşı zəmin yaradır. Şəhərin qurudan və havadan mühasirədə olmasına baxmayaraq bir ay ərzində gizli hava koridorundan helikopterlər vasitəsi ilə sursat gətirilib, geriyə isə ağır yaralılar daşınıb. Yalnız bir aydan sonra ruslar tərəfindən bir helikopterin vurulması ilə bu aşkar edildi. Şəhərə bu yolla qida deyil, sursat daşınması isə ehtiyat qidanın və suyun hələ kifayət səviyyədə olduğunu göstərir. Həmçinin küçə döyüşlərində düşmən tərəfindən qənimət sursat ələ keçirilir.

Ukrayna Ordusunun əsas qüvvələrinin hələ çox uzaqda ( təxminən 80 km.) olmasına baxmayaraq müdafiəçilər döyüşmək əzmindədir. Bu fanatizm deyil, düşünülmüş hərbi taktikanın tərkib hissəsidir. Mariupol, Donbas əyaləti inzibati dairəsinə daxildir. Luqanskın təxminən yarısı, Donbasın isə 20 faizi Kiyevin nəzarətindədir. Rusiya isə indiki mərhələdə məlum iki vilayəti, üstəlik Xersonu tam olaraq nəzarəti altına almaqda israrlıdır. Mariupolun təslim olmaması onun planlarına böyük maneədir. Çünki Rusiya burada mühasirə xəttində əsasən elit hissələr olmaqla on, on iki min arası qoşun saxlamağa məcburdur.

Rusiya ucqarlarından gətirilən yeni qüvvə, 20 min qoşun sərhəddə təlimlərdədir. Ekspertlərin proqnozlarına görə, general Dvornikov həm geriyə çəkilən, həm Mariupoldakı, həmdə qeyd etdiyimiz ehtiyat qüvvələrdən ibarət zərbə qrupu yaratmağa çalışır ki, sonra isə şərq istiqamətindən zərbə vurmaqla ORDLO-nu (Отдельные районы Донецкой и Луганской областей – Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları) tam nəzarət altına alsın.

“Moskva” kreyserinin sərrast raket atəşi ilə məhv edilməsindən (sahildən 50 mil məsafədə) sonra, qorxudan rus gəmiləri dəniz sahillərindən daha uzaqlara çəkilib. Belə  olduğu halda dəniz piyadalarının döyüşlərə qatılması mümkünsüzdür. 1945-ci ildən bəri hələ rus donanması belə böyük tələfata məruz qalmamışdı. Bunun özü göstərir ki, tək Ukrayna əsgəri deyil, onun komandanlığı, rus ordusu generallarından nə qədər ağıllı, savadlı, taktiki cəhətdən üstündürlər.

 





18.04.2022    çap et  çap et