Vaxt.Az

100 oldu!


 

Ukrayna qırğınlarında yeni rəqəm

100 oldu! Martın 6-da Ukraynanın Səhiyyə Nazirliyi yeni statistika açıqlayıb.

«Media forum» saytının məlumatına görə, bildirilir ki, martın 5-də Kiyevin 12 saylı Şəhər Klinik Xəstəxanasında qırğınların daha bir qurbanı vəfat edib. Bununla da ötən il noyabrın 30-dan bəri toqquşmalarda ölənlərin sayı 100 nəfərə çatıb.

Hazırda Kiyev xəstəxanalarında 216 yaralının müalicəsi davam edir.

 





06.03.2014    çap et  çap et