Məlumatda bildirilir ki, Göyçay rayonunda qanunsuz tikinti-quraşdırma işlərinin aparılması və digər qanun pozuntusu ilə əlaqədar müraciətlər əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinin istintaqı aparılır.
Vurğulandığına görə, ittihamlar Şükürovun İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işlədiyi dövrə aiddir: “Rəşad Şükürova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 311.3.1 (rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə) maddələri ilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.
İttihama, hələlik, Rəşad Şükürov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.
Göyçay rayonun mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryol stansiyasından 18 km məsafədədir.
Bütünlükdə rayonun 120 mindən çox əhalisi var.