Vaxt.Az

Rusiyada qaçaqaçdır ...


 

“Sberbank”da rəqəmsal sektora cavabdeh olan iki məsul şəxs ABŞ-a qaçıb

Rusiyada qaçaqaçdır ... Lev Xasis uzun müddət adı çəkilən qurumda İnformasiya Texnologiyalarının (İT) infrastrukturuna, rəqəmsal transformasiya işlərinə cavabdeh olub. O, fevral ayında, müharibə başlayan anda işdən çıxmaq istəyini bildirsə də ona iyun ayında azad olunacağı bildirilmişdi.

Lakin görünür ki, o tab gətirməyib, müharibə başlayan anda ölkəni tərk edib, artıq onun ABŞ-da biznesə start verdiyi bildirilir.

Sberbank qərbin  sanksiya siyahısındadır, “SWİFT”dən ayrılıb.

Mart ayında Lev Xasis Böyük Britaniyanın sanksiya siyahısında da yer almışdı.

Lev Xasisin Rusiyanı qəflətən tərk etməsi bank sektorunu şoka salıb. 

Maraqlıdır ki, onun ardınca bankın İT sektorunun daha bir məsul şəxsi, vitse-prezident David Rafalovskiy də Rusiyanı tərk edərək ABŞ-a gedib.

Adı çəkilən şəxslərin ABŞ-a qaçmasından sonra “Sberbank”ın bütün rəqəmsal layihələri dayandırılıb .

Görünür parolları dəyişirlər. 

Xatırladıram ki, müharibə başlayandan sonra  “Yandex”in Baş direktoru Yelena Bunina, Aeroflot Baş direktorunun müavini Andrey Panov, həmçinin Prezidentin xüsusi nümayəndəsi Anatoli Çubays da Rusiyanı tərk ediblər.

 





18.04.2022    çap et  çap et