2022-ci il martın 31-ə AR Dövlət Neft Fondunun aktivləri 2022-ci ilin əvvəlinə (45 milyard 25,1 milyon dollar) nisbətən 0,53 faiz artaraq 45 milyard 264 milyon dollar təşkil edib.
Bəs neft-qaz mənfəəti bu qədər artıbsa, Neft Fondunun aktivləri niyə çox cüzi artım nümayiş etdirib? Açması Rusiyanın başladığı müharibənin fəsadlarına bağlıdır…
Maraqlı fakt nədir: bir rübə illik neft-qaz satışı üzrə proqnoz edilən gəlirin 45 faizi əldə edilib.
Rüb ərzində dövlətin Fondda toplanan neft-qaz mənfəəti 2.262 milyard dollar olub.
Həmçinin Rusiya-Ukrayna müharibəsinin qlobal bazara neqativ təsirləri rüb ərzində Dövlət Neft Fondunun investisiya portfelinin təqribən 1 milyard itkiyə məruz qalmasına səbəb olub.
Neft Fondunun aktivində 108 ton qızıl var… aktivlərin 70 faiz Amerika dollarında saxlanılır, avroda olan aktivlərin xüsusi çəkisi isə 20 faizdən aşağı həddə düşüb, 4,8 faiz funt sterlinqdədir…