Ticarət gününün əvvəlində Avropanın ən böyük mərkəzi TTF indeksi üzrə may qaz fyuçersləri min kubmetr üçün 950 dollara düşüb ki, bu da bazar ertəsi hesablaşma qiymətindən 11,1 faiz aşağıdır. Bununla belə, kotirovkalar bir qədər sonra 970 dollara qədər yüksəlib. Hələlik bu səviyyə ticarətin maksimum qiyməti olaraq qalır.
Qaz qiymətləri Rusiya-Ukrayna müharibəsi başlayandan sonra minimum göstəricilərə düşüb.
Bunun üç əsas səbəbi var:
1. Yaz mövsümüdür Avropada, qızınmaq kimi ehtiyacı duyulan tələb yoxdur;
2. Bazar iştirakçıları gördürlər ki, Rusiya Avropaya qaz verməkdə maraqlıdır, sanksiyaları qarşılamaq üçün qazı kəsmək fikrində deyil və ümumiyyətlə, Rusiya qazının idxalını xeyli azaltmaq mümkündür ki, bunun nəticəsində “Avropa heç də Moskva təbliğatçılarının dediyi kimi dağılacaq” səviyyədə deyil.