Vaxt.Az

Məktəbə qumbara atdılar


 

Kabildə 7 nəfərin ölümü ilə nəticələnən terror törədilib

Məktəbə qumbara atdılar Aprelin 19-da Əfqanıstan paytaxtı Kabildə oğlan məktəbində üç partlayış törədilib, azı 7 nəfər həlak olub, 14 nəfər yaralanıb. Hadisə şiə hazaraların yaşadığı ərazidə baş verib.

Paytaxtın qərb hissəsində Dəşti-Bərçi rayonunda Əbdül Rəhim Şahid adına orta məktəbdə partlayış qurbanları arasında uşaqlar da var, amma dəqiq sayları bəlli deyil.

Təhlükəsizlik rəsmisinin “dpa” agentliyinə dediyinə görə, partlayışlar əl qumbaraları ilə törədilib.

Hücuma görə məsuliyyəti götürən olmayıb.

İndiyədək hazaraların digər yaşayış məhəllələrində İslam Dövləti silahlı qruplaşması hücumlar törədib.

Taliban hakimiyyətinin daxili işlər nazirliyinin sözçüsü hadisə yerində müstəntiqlərin işlədiyini deyib.

Bir şahidin sözlərinə görə, partlayışlar şagirdlər səhər dərsindən çıxarkən törədilib.

Ötən ilin mayında Əfqanıstan paytaxtının həmin rayonunda partlayışlar nəticəsində azı 85 dinc sakin öldürülmüş, onlarla insan yaralanmışdı. Ölənlər əsasən məktəbli qızlar idi.

 





19.04.2022    çap et  çap et