Rusiya bayrağıyla üzən, 19 rusiyalı heyət üzvü olan gəmi aprelin 19-da Evia adasının cənub sahilindəki Kariston şəhəri yaxınlığında saxlanıb.
“Gəmi Aİ sanksiyaları çərçivəsində saxlanıb”, – Yunanıstan rəsmisi deyib.
Sahil Mühafizəsi müsadirə qərarının gəminin yükünə deyil, özünə aid olduğunu bildirir.
Mexaniki problemləri çıxan gəmi yedəklə Peloponezə aparılırdı ki, yükü başqa bir gəmiyə boşaldılsın. Amma hava şəraiti onu Karistosa aparıb çıxarıb.
Yunanıstanın üzv olduğu Aİ Moskvaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Məqsəd Rusiya iqtisadiyyatına zərbə vurmaq, Prezident Vladimir Putini Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etməkdir.
Sanksiyalara bir sıra malların idxal-ixracına, Rusiya bayrağıyla üzən gəmilərin Aİ limanlarına girişinə qadağalar daxildir.