Vaxt.Az

İstanbulda “Keçmişin izində” sərgisi


 

Ərdəbilli rəssam-heykəltəraş Vədud Müəzzin həm də tanınmış musiqiçidir

İstanbulda “Keçmişin izində” sərgisi Aprel ayının 17-də İstanbulda tanınmış rəssam-heykəltəraş Vədud Müəzzinin “Keçmişin izində” adlı fərdi rəsm sərgisi açılıb.

Türkiyə mətbuatının yazdığına görə, “Beşiktaş” Dəniz Muzeyində keçirilən və rəssamın qədim İstanbula həsr edilmiş əsərlərinin təqdim edildiyi sərgi aprelin 30-una qədər davam edəcək.

İran, Azərbaycan, Türkiyə, Şimali Amerika və Avropada çox sayda rəsm və heykəltəraşlıq sərgisi təşkil edən Vədud Müəzzin eyni zamanda İran Azərbaycanının öndə gedən musiqiçilərindən biridir.

Sənətkarın “Keçmişin izində” sərgisindəki əsərləri İstanbulun yarım əsr öncəki görüntülərindən ibarət 40-a yaxın yağlı boya əsərlərindən ibarətdir. Qədim İstanbulun təsvirləri ilə yanaşı Atatürk çalışmaları da sərgidə nümayiş etdiriləcək. Sənətsevərlər bu sərgi ilə İstanbulun keçmişinə nostalji və sehrli bir səyahətə çıxacaqlar.

İstanbulun Memar Sinan Universitetinin məzunu olan Vədud Müəzzin deyib ki, “universitet təhsilimi aldığım və heyran olduğum İstanbula illər sonra sərgimlə geri dönməyimin həyəcanını yaşayıram. Tarixi fotoşəkillər üzrə uzun sürən tədqiqatlarımın nəticəsində yaratdığım əsərlərdə qədim İstanbulu yaşatmaq istədim. Ümid edirəm ki, həyəcanımı tamaşaçılara da çatdıra bilərəm”.

 





19.04.2022    çap et  çap et