Vaxt.Az

Qaçqın statusu almaq üçün ...


 

... 129 nəfər Ukrayna vətəndaşı Azərbaycana müraciət edib

Qaçqın statusu almaq üçün ...

“Ukrayna ətrafında cərəyan edən hadisələrlə əlaqədar aprelin 24-dək 114 (ailə üzvləri ilə birlikdə 129) Ukrayna vətəndaşı qaçqın statusunun (sığınacaq) əldə edilməsi ilə bağlı Azərbaycan Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Müraciət edənlərin hər biri ünvan məlumatları və əlaqə vasitələri əldə edilməklə olduğu yer üzrə qeydiyyata alınıb, ehtiyacları öyrənilib və bu ehtiyaclara uyğun olaraq zəruri köməklik göstərilib və ya aidiyyəti üzrə yönləndirilib.”

Bu barədə Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsi bildirib.

“Mövcud qanunvericiliyə əsasən qaçqın statusunun (sığınacaq) əldə edilməsi üçün müraciət etmiş şəxslərə ölkə ərazisində işləmək, müvəqqəti yaşamaq, tibbi yardım almaq və s. hüquqlar verilir,” İctimaiyyətlə əlaqələr idarəsi qeyd edib.

Dövlət Miqrasiya Xidmətinin aprelin 7-nə olan məlumatına görə müharibə ilə əlaqədar Ukraynanı tərk edən 6163 ölkə vətəndaşı Azərbaycana gəlib.

Azərbaycan Dövlət Miqrasiya Xidməti yanında İctimai Şura martın 3-dən əcnəbilərə psixoloji yardım proqramı da yaradıb.

 





19.04.2022    çap et  çap et