Elə Şeratondan ayağımı Tversyaka-Yamskaya küçəsinə qoymuşdum, gördüm, küçə süpürən bir dəstə narıncıgödəkçəli söykəniblər uzundəstə süpürgələrinə, o biri əllərini də gözlərinin üstünə qoyub göyə baxırlar. Amma göydə heç zad yox. Heç 2-3 saniyə keçmədi, traktor səsi yenə gəlməyə başladı, ardınca da nəhəng binanın səma ilə kəsişən tinindən 3 ədəd hərbi uçaq göründü. Tır-tır-dır, dır-dır-tır nəğməsi oxuya-oxuya uçub getdilər 10 addım aşağıdakı Qırmızı Meydana tərəf. Sən demə, Rusiya hərbi aviasiyasının traktorları, pardon uçaqları 9 May paradına hazırlaşırlar… Traktoru icad edənlərin ruhunda üzrxahlıq edə-edə qayıtdlm otağıma. Heç bilmirəm, onda bu hekayəni yazdım, ya yazmadım, amma yadımdadır ki, Rusiya Ordusunun xırçı Balaqədeşin traktorunun günündə olduğunu elə onda başa düşmüşdüm)
9 mayda paradı lap yaxından izlədim. Tverskaya küçəsində üzü Kreml tribunalarına doğru hansı hərbi texnika gedirdisə, öncə bizim qarşımızdan keçirdi. Nə gündə idilər? 30 dəfə rənglənmiş hərbi maşınlar, nimdaş tanklar… Bircə “İsgəndər”dən üşənmişdim. Levitanın layiqli davamçısı hər döyüş maşınını Rusiya ordusunun fəxri kimi təqdim edir, idarə edənin, ekipaj komandirinin adını çəkir, ətrafdakılar coşğu ilə onlara əl çalırdılar. Elə bil, 20-ci əsrin 50-60-cı illərinə düşmüşdüm. İnsanlar çağdaş hərb sənayesi ilə nəhəng ölkələrinin “gücünü” müqayisə edib pərişan, pəjmürdə olmaq yerinə, zır dəli kimi gülür, sevinirdilər.
Bayraktarlar, daha neçə növ kamikadze, kəşfiyyatçı dronlar, Haroplar, modernləşdirilmiş T-72-lər, özüyeriyən, 20 km atış məsafəsi olan toplar, “Javelin”lər, “Swichblade”lər, qəttəzə helikopterlər, qırıcılar, hava hücumundan müdafiə sistemləri, işıqdan sürətli raketlərlə silahlanıb Vətəni qoruyan ukraynalılara heç nə edə bilməz o Rusiya “traktorları”. Ruhu köhnədir onların.
Qalib Ukraynadır! Ukrayna qalibdir!