Bu hərfin seçimi təsadüfdürmü?
Ola bilər.
“Z” hərfi nasist Almaniyasının Hərbi-Dəniz Qüvvələrinin (Kriegsmarine) rəsmi simvolu idi: alman nasistlərinin bütün gəmilərinin nömrələnməsi Z hərfi ilə başlayırdı.
“Z” hərfi nasist Almaniyasının SS-nin 4-cü panserqrenader polis diviziyasının (4. SS-Polizei-Panzergrenadier-Division) emblemində vardı.
Mənşə etibarilə “Z” - runik simvoldur və alman dilində adı “Wolfsangel”, yəni “qurd qarmağı”dır.
Almanlarda müxtəlif dövrlərdə sərt, qəddar və sərhədsiz istibdad, nifrət, nasizm və neonasizm simvolu olub.
Tərsinə çevrilmiş “Z” hərfi SS-in 2-ci “Das Rayx” (2. SS-Panzerdivision “Das Reich”) zirehli-tank diviziyasının və 34-cü könüllü SS qrenader “Landstorm Niderland” (34. SS-Freiwilligen-Grenadier-Division Landstorm Nederland) diviziyalarının emblemlərində vardı.
V simvolu nasist almaniyasında təcrübəli, veteran döyüşçülərə verilirdi. Bu simvoldan yalnıh 1933-cü ilin yanvarın 30-dək, yəni Adolf Hitler hakimiyyətə gələnədək nasist partiyasına üzv olmuş şəxslər istifadə edə bilərdi.
Məsələn, SS reyxsfüreri Henrix Himmlerin uniformasında V simvolu vardı.
Ukrayndakı müharibədə rusiyalı hərbçilərdə “Z” simvolu “Qərb”, “V” - “Şərq”, “O”, üçbucaq və kvadrat isə “Mərkəz” ordu qruplaşmalarını simvolizə edir.