Sandu qadağan olunmuş simvolların hazırlanması, geyilməsi və ya nümayişinə görə ən azı 900 ley (49 dollar) cərimə ilə cəzanı nəzərdə tutan qanunu imzalayıb. Qanun beş gün əvvəl Moldova qanunveriiləci tərəfindən təsdiq edilib.
Bununla belə, Moldovanın keçmiş prezidenti İqor Dodon Sandunu qanunu imzaladığına görə tənqid edərək, onu “yoxsulluq əvəzinə simvollarla mübarizə aparmaqda” ittiham edib.
Dodon həmçinin hər il Rusiyada və bir sıra digər keçmiş sovet respublikalarında qeyd olunan, lakin son illər Rusiyanın Ukraynaya qarşı təcavüzü, xüsusilə də Moskva tərəfindən 2014-cü ildə Krımın qanunsuz ilhaqı və Ukraynanın şərqindəki rusiyayönlü separatçılara dəstəyinə bəraət qazandırmaq üçün Rusiya təbliğatının alətinə çevrilmiş 9 May Qələbə yürüşünü təşkil edəcəyinə də söz verib.
Keçən ay Sandu Rusiyanın qonşu Ukraynaya müdaxiləsindən sonra planlaşdırdığı Qərbyönlü kursunu sürətləndirərək, Moldovanın Avropa İttifaqında qoşulması üçün rəsmi ərizə imzalayıb.
Eyni zamanda, Litva parlamenti də aprelin 19-da “Müqəddəs Georgi” lentini, həmçinin “Z” və “V” işarələrini qadağan edən oxşar qanun layihəsini təsdiqləyib.
Keçən həftə ukraynalı qanuvericilər ictimai yerlərdə, reklam çarxlarında, geyimlərin üzərində, media və sosial şəbəkələrdə Rusiya simvollarının istifadəsini qadağan edib.