Vaxt.Az

Şarl Mişel Kiyevə gəlib


 

“Azad və demokratik Avropanın ürəyindəyəm”

Şarl Mişel Kiyevə gəlib Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel aprelin 20-də Kiyevə qəfil səfər edib. Məqsəd Rusiyanın səbəbsiz işğalına qarşı Ukraynaya dəstək nümayişidir.

“Bu gün Kiyevdəyəm. Azad və demokratik Avropanın ürəyində”, – deyə Mişel dəmiryolu vağzalından fotosunu paylaşıb.

Mişeldən öncə Avropanın bir sıra liderləri, Britaniyanın Baş naziri Boris Conson, Avropa Komissiyasının Prezidenti Ursula Von der Leyen Ukraynaya dəstək məqsədilə bu ölkədə olublar.

***

Kiyev aprelin 20-də mühasirədə olan Mariupol şəhərindən qadınların, uşaqların və yaşlıların evakuasiyasından ötrü humanitar dəhlizlə bağlı Rusiya ilə ilkin razılaşma əldə edib. Məlumatı Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk verib.

“Mariupolda fəlakətli humanitar vəziyyəti nəzərə alsaq, bu gün cəhdlərimizi buraya cəmləməliyik”, – Vereşçuk “Facebook”da yazıb.

O, evakuasiyanın yerli vaxtla günorta 2-də başlanacağını deyib.

Mariupolun meri Vadim Boyçenko deyib ki, şəhərdən 90 avtobusla 6 min insanın çıxarılacağına ümid edirlər.

Boyçenko Mariupolda 100 minədək dinc sakinin qaldığını, indiyədək on minlərlə insanın öldürüldüyünü söyləyib.

Martın 5-dən Mariupoldan dinc sakinlərin çıxarılması baş tutmayıb. O vaxtdan dəfələrlə humanitar dəhliz açmaq cəhdləri alınmayıb və tərəflər buna görə bir-birini ittiham edib.

 





20.04.2022    çap et  çap et