Assancın vəkilləri yalnız bundan sonra məhkəmə hökmündən şikayət apellyasiyası verə bilərlər.
Birləşmiş Ştatlara təslim edilərsə, Assancı 175 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
ABŞ-da Assanca qarşı casusluq haqqında qanunun pozulması da daxil üst-üstə 18 ittiham irəli sürülüb.
O özünün “WikiLeaks” saytında ABŞ-ın müxtəlif dövlət idarələrinə aid məxfi sənədləri dərc edib.
Bu da qeyd olunur ki, bu sənədlərin bir hissəsi 2016-cı il ABŞ prezident seçkisinə iddia olunan müdaxilə zamanı Rusiya hakerlərinin dəstəyi ilə əldə oluna bilərdi.
Lakin ittihamnamədə bu epizod ayrıca olaraq qeyd edilmir.
Londonda aprelin 20-də keçirilmiş dinləmənin ərəfəsində “Sərhədsiz reportyolar” jurnalist təşkilatı “Wikileaks” saytının yaradıcısının azadlığa buraxılmasına çağırmışdı.
***
Assanc cinsi təcavüz ittihamı ilə İsveçə ekstradisiya ediləcəyindən qorxaraq 2012-ci ildən Ekvadorun Londondakı səfirliyinə sığınmışdı.
Lakin İsveç sonralar özünün ekstradisiya tələbnaməsini geri götürsə də, bu dəfə ABŞ onun təslim edilməsini tələb edirdi.
2019-cu ildə Ekvador Assancın sığınacaq hüququnu ləğv etdikdən sonra o London polisi tərəfindən həbs edildi.
Assanc o vaxtdan həbsxanadadır və məhkəmə onun ABŞ-a ekstradisiyası məsələsinə baxır.
Bu yaxınlarda Britaniyanın Ali Məhkəməsi Culian Assancın ekstradisiyasına qarşı verilmiş vəsatəti rədd edib.
Assancın vəkilləri iddia edirlər ki, onun dərc etdiyi sənədlər ABŞ-da yol verilmiş qanun pozuntularını faş edib və bu, ictimaiyyətin marağında olub.
Aprelin 20-də məhkəmə binasının qarşısına Assancın onlarca tərəfdarı toplaşmışdı.