İndi Müdafiə Nazirliyi bu şəxslərin də ad və başqa şəxsi məlumatlarının məxfiləşdirilməsini istəyir.
Bu barədə hökumət qərarının layihəsində deyilir ki, sənəddən məqsəd Rusiya silahlı qüvvələrinin Ukraynadakı “xüsusi əməliyyatda”, habelə Donbasdakı qondarma respublikalarda həlak olanların ailə üzlərinə aid məlumatlara girişin məhdudlaşdırılmasıdır.
Hazırda Ukraynada həlak olan Rusiya əsgərlərinin kimliyi barədə onların qohumları və yerli məmurlar məlumat verirlər.
Müdafiə Nazirliyi bu məlumatları rəsmi qaydada dərc etmir. Nazirliyin martın 25-də verdiyi son məlumata görə Ukraynada 1351 Rusiya hərbçisi həlak olub.
Qərb kəşfiyyatları və Ukrayna hökuməti Rusiyanın canlı itkilərinin əslində on minlərlə olduğunu bildirirlər.
Aprelin 7-də Putinin sözçüsü Dmitri Peskov “Sky News” telekanalına müsahibəsində Rusiyanın Ukraynadakı itkilərinin “əhəmiyyətli” olduğunu etiraf etmişdi.
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının aprelin 19-da verdiyi məlumatda Ukraynada həlak olmuş rusiyalı hərbçilərin sayının 20 mini keçdiyi bildirlirdi.
Son günlərdə isə aprelin 14-də Rusiyanın Qara dənizdə batmış “Moskva” kreyserində “itkin sayılan” hərbçilərin valideynləri övladlarının taleyi barədə məlumat almağa çalışırlar.
Putin 2015-ci ildə ordunun dinc zamanlarda itkilərini məxfiləşdirən fərman imzalayıb.
O vaxt Kreml bu fərmanın Ukraynadakı münaqişə ilə bağlı verildiyini inkar edirdi.
Vətəndaş cəmiyyəti fəalları bildirirlər ki, bu fərman insanların azad informasiya almaq və axtarış aparmaq hüquqlarını pozur.