Vaxt.Az

“İskəndər”in “doğulduğu” institut yandı


 

Yanğın nəticəsində 6 nəfər ölüb, 27-si xəsarət alıb

“İskəndər”in “doğulduğu” institut yandı Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi kosmik-hava qüvvələrinin mərkəzi elmi-tədqiqat institutunda (ETİ) yanğın olub. Yanğın nəticəsində 6 nəfərin öldüyü, 27 nəfərin xəsarət aldığı xəbər verilir. “İnterfax” agentliyinin verdiyi xəbərə görə institutun binası tamamilə yanıb və damı uçub.

Fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə alov sürətlə yayılıb və 1500 kvadrat metrlik sahəni əhatə edib.

“İnterfax” xəbər verir ki, yanğın institutun inzibati binasının 2-ci mərtəbəsində başlayıb. Bu da xəbər verilir ki, binanın damı taxta, divarları isə plastiklə örtülmüşdü. TASS yanğının elektrik xəttində qısa qapanmadan baş verdiyi ehtimalının olduğunu yazır. Hərbçilər ETİ elmi heyətinin evakuasiya olunduğunu bildirirlər.

Rusiya Müdafiə Nazirliyi hərbi-kosmik qüvvələrin elmi-təqdqiqat institutu 2014-cü ildə yaradılıb. “Skoro voyna” Telegram kanalı bildirir ki, bu müəssisə “İskəndər” raketlərinin, zenit qurğularının və Tu-160 strateji bombardmançı təyyarələri üçün “gözəgörünməzlik” sistemləri üzərində işləyir.

Sayt yazır ki, adamlar zəhərli qazlardan boğulmamaq üçün özlərini binanın pəncərələrindən atırdılar.

 





22.04.2022    çap et  çap et