Vaxt.Az

800 milyonluq yardıma nələr daxildir?


 

Rusiya Donbasa əlavə 20 tabor göndərib

800 milyonluq yardıma nələr daxildir? ABŞ-ın Ukraynaya ayırdığı yeni hərbi yardım paketində 72 ədəd 155 mm-lik haubitsalar, onları dartmaq və mərmilərini daşımaq üçün 7 ədəd yük avtomobili və bu 144 min (hər silah üçün 2 min) artilleriya mərmisi nəzərdə tutulub. O cümlədən 121 ədəd “Phoenix Ghost” PUA-ları, onların sursatları və ehtiyat hissələri də bu paketə daxildir.

***

İspaniya Ukraynaya 200 tondan ibarət silah-sursat, 20 ədəd zirehli texnika və başqa hərbi yardımlar göndərib. Bu barədə baş nazir Pedro Sançes məlumat verib.

***

“Son sutka ərzində Rusiya ərazisindən Ukraynanın şərq cəbhəsinə daha üç Taktiki Qrup Taboru (TQT) daxil olub. Bununla da son həftədə Ukrayna ərazisinə daxil olan taborların sayı 20-yə çatıb. Bununla da cəbhə bölgəsindəki Rusiya TQT-lərin sayı 85 olub. Bu silahlı birləşmələrin böyük hissəsi Donbas bölgəsinə göndərilib”, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi keçirdiyi brifinqdə məlumat verir.

***

Rusiyayönlü “Rıdovka” qəzeti Rusiya Müdafiə Nazirliyinin qapalı iclasından gedən danışıqlara görə 13414 hərbçinin öldüyü, 7000 nəfərin isə itkin düşdüyünü yazıb.

Sonradan silinən məlumat barədə qəzetdən heç bir şərh verməyiblər.

***

“Ukraynanın 400 müəssisəsi döyüş bölgəsindən çıxarılıb. Onlardan 190-ı artıq yenidən fəaliyyətə başlayıb”, Ali Radanın Maliyyə Komitəsinin sədri Daniel Hetmantsev məlumat verib. Onun sözlərinə görə, daha 520 şirkət daşınma üçün təhvil verilib.

 





22.04.2022    çap et  çap et