Əslində isə, Azovstal 12 kv.km ərazisi (4x3km) olan, çox mürəkkəb və çox möhkəm istehkamlı quruluşlu, çoxsaylı yeraltı keçidləri olan sahədir. Və hələ sovetlər dövründən bütün şəhərin nüvə hücumundan mülki müdafiəsi məkanı kimi çox güclü qorunma qurğuları, yeraltı yaşayış üçün nəzərdə tutulub. Oranı almaq, böyük itki olardı.
Kremlin Mariupolu sonacan almaqdan imtinası bu müharibə başlayandan, Rusiyanın ikinci geri verməsi, Ukraynanınsa, uduşu hesab edilə bilər.
Rusiya birinci dəfə Kiyev və şimal tərəfi buraxdı geriyə çəkildi, təbii ki, Ukrayna tərəfin bacarıqlı, fədakar müqavimətinə gücü çatmadığını, böyük texnika və canlı itkilərə məruz qaldığını görərək. Gücü imkanı çatsa, Kiyevi götürüb parad edərdi. Adını qoydu ki, şərqə Donbas tərəf imiş fikirləri.
Donbasda isə, qoşunu cəmləyib amma ki, neçə gün keçir, hər iki tərəfin qoşunu hazır vəziyyəti gözləsə də, Ukrayna üzərinə qəti, genişmiqyaslı hücum əmri vermir. Əvəzində, hələ, Donbasdakı ən açar nöqtə Mariupolda əməliyyatı dayandırır. Çeçenlərsə Azovstalı alırıq deyə həvəsdən qalır.
Nədir, Kremli, Putini savaşın hazırkı 2-ci Donbas mərhələsini başlamaq tərəddüdündə saxlayan? Təbii ki, qarşı Ukrayna tərəfin bu arada xeyli qat güclənməsi. Öz kəşfiyyat və digər müşahidələri ilə yaxşı görür ki, qarşıda, 500 km uzunluğunda bir cəbhə xətti var. Bu xətt boyu doğma vətənini qoruma əzm və qisaslı 350 mindən də xeyli çox sayda canlı qüvvə var. Bu qüvvənin də əlində bu son vaxtlar, artıq Qərbin külli miqdar yardımı ilə təmin edilmiş hücum üçün də vacib müasir ağır texnika, raket qurğular, helikopter-təyyarələr var. Üstəlik, Qərbin çox vacib olan kəşfiyyat dəstəyi.
Zatən Ukrayna nəinki müdafiə, hücuma hazırdır.
Və bu anlarda Rusiya rəhbərliyi – Kreml oturub və düşünüb, biz bu ikinci mərhələdə hücumda nəsə əldə edə bilərikmi? Edə, irəliləyə bilməsək, onda nə cavab verək, belə imicimizlə xalqa, dünyaya? Bəs, hələ Ukrayna tərəf müdafiə qalsın, hücuma keçib də Donbas mövqelərimizi alsa nə olacaq?
Bəs, Ukrayna da raket ilə bizim şəhərləri vursa?! Həqiqətən, Moskva işi böyük risk altına gətirib!
Ona görə də, bu saat diqqətini yumşalmaya, bu məsələdə əvvəldən, ehtiyat nəfəslik kimi bildiyi Türkiyəyə, barışıqlı variantlara yönəldir, Moskva. Bu saat Kremlin qarşısında iki variant durur. Ya, böyük riskə gedib hücuma başlamaq, alınmasa bu dəfə də bir bəhanə ilə geri çəkilmək. Yada ki, danışıqlar və güzəştlərlə Ukrayna ilə barışmaq.
Ukrayna isə, artıq bu dəfə, bu qədər böyük faciə yaşamından və həm də güclənib, müqavimətini sonacan aparıb işğal ərazisini tam geri almağa imkan gördükdən sonra, zənnimcə, mövqeyində möhkəm dayanar: ya, ərazimi tərk et, ya döyüş!