Bakıda «Azərsu»nun işçisi döyülüb. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Qurban Abbasov küçəsi, ev 40, mənzil 21-də qeydə alınıb.Bakı şəhər sakini, Reyhan Musa qızı Rzayeva aralarında yaranan münaqişə zəminində «Azərsu» ASC-nin əməkdaşı, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Gülağa Lazım oğlu Cəfərovu döyüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
çap et