Rusiya ordusunun Ukraynaya müdaxilə edən hərbi texnikası “Z” hərfi ilə işarələnib.
Rusiya hərbi texnikasında “V” hərfindən də istifadə olunur, lakin Rusiyanın özündə və ondan kənarda Ukraynaya qarşı təcavüzü dəstəkləyənlər arasında “Z” daha çox populyar olub.
Qırğızıstan hökuməti bundan əvvəl 9 may günündə ənənəvi hərbi paradın keçirilməyəcəyini elan etmişdi.
Daha əvvəl isə Qırğızıstan şəhərlərində yol polisi avtomobillərdəki “Z” simvollarını sökür və sürücüləri cərimələyirdi.
Bu həftənin əvvəllərində Moldova və Litva Rusiyanın narınçı-qara zolaqlı müqəddəs Georgi lentini, habelə “Z” simvolunu qadağan edən qanunlar qəbul ediblər.
Estoniya isə Georgi lentini, “Z” və “V” simvollarını qadağan edib.
Ötən həftə Ukrayna parlamenti də sözü gedən rəmz və simvolların paltarlarda, ictimai yerlərdə və sosial mediada nümayiş etdirilməsini yasaqlayan qanun qəbul edib.