Əyalət valisi, Böhran İdarəetmə Mərkəzinin başçısı və başqa məsullar əhalinin problemləri ilə maraqlanmalı olduqlarını deyən millət vəkili, bu müddət ərzində heç bir hökumət rəsmisinin təbii fəlakət baş verən bölgələrdə ziyan görən əhali ilə görüşmədiyini söyləyib.
Qeyd edək ki, 2021-ci ilin avqust ayında Qəzvin əyalətinin Avuc və Ələmut bölgələrində baş verən sel və daşqınlar nəticəsində bölgə əhalisinə külli məbləğdə ziyan dəyib.
Təbii fəlakət nəticəsində 7 nəfər həyatını itirib, minlərlə hektar əkin və bağ sahəsi, yaşayış evləri dağılıb, çox sayda mal-qara, avtomobili sel suları aparıb.
Qəzvin əyalətinin Böhran İdarəetmə Mərkəzinin başçısı Qüdrətullah Mehdixani ümumilikdə əyalətə 450 milyard tümən ziyan dəydiyini bildirib.