Hansı ki bu xarici mobil operatorların erməni mobil operatorları ilə rouming razılaşması var.
Güman etmək olar ki, bu şəxslərin telefonları həmin ərazidəki Ermənistanın və ya Xankəndinin mobil operatorunun (“Karabakh Telecom”) baza stansiyalarının təsir radiusuna daxil olduqda bu tip mesajlar qəbul edir.
Düşünmək olar ki, ermənilər qabaqcadan hesablayıblar ki, Şuşada xeyli xarici qonaqlar olacaq və xarici mobil operatorlar avtomatik olaraq öz müştərilərinə roumingə qoşulmaqla bağlı mesajlar göndərəcəklər.
Və məqsədyönlü olaraq da həmin ərazidə olan baza stansiyaların gücünü artırıb və stansiyanın istiqamətini də Şuşa olaraq seçiblər.
Burada diqqət çəkən məqam həm də ondan ibarətdir ki, erməni tərəf məqsədyönlü olaraq Şuşa ərazisinə olan vətəndaşlarımıza və xarici qonaqlara bu tip mesajlar göndərməklə onları həm də qeydə alır, həmin telefon sahiblərinin bu ərazidə olmasını müəyyən edirlər.
Yəni, ermənilərin baza stansiyası artıq müəyyən edib ki, hansısa bir xarici vətəndaş Şuşa ərazisindədir.
Düşünürəm ki, ermənilərin bu tip cılız hərəkətlərini, mənasız mesajlarını, ciddiyə almamaq da olardı.
Görünür ki, bu arada Şuşanın, burada keçirilən Zəfər qurultayında Prezidentin çıxışlarının qlobal trendlərə düşməsini həzm edə bilmirlər.
Amma bizim ərazimizdə, bizim torpaqlarımızda hərəkət edənlərin məlumatlarını toplamağa düşmənlərə imkan vermək yolverilməzdir.
Bildiyim qədər aidiyyəti qurumlarımız ərazidə zəruri radio monitorinq işləri, radio müdaxilələrin qarşısını almaqla bağlı işlər aparırdılar.
Görünür ki, yetərli olmayıb. Bu tip işlər daha sürətli davam etdirilməli və tezliklə bitirilməlidir.
Aidiyyəti qurumlarımızın ermənilərə məxsus bu baza stansiyaların dalğalarını Şuşada və bütün Qarabağda söndürmək üçün zəruri addımlar atması, xüsusi avadanlıqlar yerləşdirməsi çox vacibdir.
Eyni zamanda, onların bu cür beynəlxalq normalara zidd olan davranışlarına görə, “Karabakh Telekom”un bütün Qarabağ ərazisindəki baza stansiyalarını tam olaraq söndürmək məntiqli olardı.
Bildiyim qədər bu problem olmamalıdır.