Karlos Sayns minimum vəzifəni yerinə yetirdi və 4-cü oldu. Sabah üçün yaxşı yerdədir. Səhvini düzəltdi. Şarl Lekler təkərləri tez öldürür. Sabah da belə eləsə, Ferstappen oynaya-oynaya qazanar.
“Mercedes” isə əsl xəyal qırıqlığı yaşatdı. Axırıncı dəfə Azərbaycanda iki sürücü ilə xalsız qalmışdılar. Artıq pilotları çox geridə qalırlar. Bəlkə, yenilikləri işləsə, “Mühəndislər Kuboku”nda 2-ci olarlar, amma “Sürücülər Çempionatı”nda qələbə yavaş-yavaş əldən gedir.
Alonso da günün bəxtsizlərindən idi. Əvvəl ilişmə muftası işləmədi və heç nədən iki yer itirdi. Sonra da tempi çatmadı. Problemlər bu adamdan əl çəkmir.
Serxio Peres də eynilə Karlos Sayns kimi əla iş gördü. Sabah Ferrari və Red Bull arasında şahmat oyunu gedəcək.