Vaxt.Az

Fettel xaosdan qidalanır


 

“Ferrari” evdə qələbəyə həsrət qalıb

Fettel xaosdan qidalanır Dünən nə yazmışdım? Ferstappen Lekleri tras üstündə iki dəfə keçib. Bu da onu psixoloji cəhətdən sarsacaq. O da oldu. Bu gün etdiyi lazımsız səhv idi. Üçüncü yer yaxşıdır. Trayektoriyadan kənar hər yer sudur. Quru təkərlə niyə yaş sahəyə çıxardırsan maşını? Buna görə də ilişmə itdi və spin. Podium getdi. 7 xal getdi. Çempionluq mübarizəsində qızıl xallar itdi. Ümumilikdə, Lekler çox vaxt yağışlı yarışlarda batırır.

Digər tərəfdə isə Karlos Sayns. Adam bəlanı üstünə çəkir. Dünən əla performans göstərmişdi. Bu yarış rahat 3-cü olardı. Amma yenə mənasız şeyə görə “out” oldu. Özü üçün də, “Ferrari” üçün də qızıl dəyərində xallar getdi.

Maks Ferstappen Leklerin keçən həftəki “GRand Slam”inə cavab verdir. Rahat yarışdı və qazandı. “Red Bull” bu gün istədiyi kimi yarışırdı. Özü də “Ferrari”yə uyğun trasda. “Red Bull” və Maks ciddi psixoloji üstünlük əldə edə bilər. Hələ etibarlılıq problemləri həll olunsa, “Red Bull”un növbəti çempionluğu xeyirli olsun.

Mövsümün əvvəlində demişdim ki, “Mercedes” “Bottas”la mübarizə aparacaq. Alonso dərhal paklanmalıdır. Dörd yarış – dörd problem. Belə bəxtsizlik olmaz.

Günün adamı isə Sebastyan Fetteldir. Daş arabası ilə xal aldı. Adam yağışda sürməyi bacarır. Xaosdan yaxşı qidalanır.

Lando Norris ardıcıl iki ildir İmolada podiuma çıxdı. MakLaren əyləc problemini gözlədiyimdən tez düzəltdi. Amma tələsmək olmaz. Yəqin ki, isti traslarda yenə o problem üzə çıxar.

Nə isə, “Ferrari” ev trasında yenə qələbəsiz qaldı. Bacarmadı…

 





25.04.2022    çap et  çap et