Vaxt.Az

Almaniyanın 40 diplomatı qovulur


 

“Persona non-qrata” növbəsi Moskvaya çatdı

Almaniyanın 40 diplomatı qovulur Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Rusiya Almaniyanın 40 diplomatını “persona non-grata” elan edib. Nazirlik bu addımı Almaniya hökumətinin aprelin 4-də Rusiyanın 40 diplomatını ölkədən çıxarmaq qərarına “simmetrik cavab” adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında “Rusiya tərəfi Almaniya Federativ Respublikasının xarici işlər naziri A.Burbokun verdiyi bəyanatı qəbuledilməz hesab edir ki, Almaniya hökuməti bu addımı adı çəkilən işçilərin Almaniya cəmiyyətinin birliyini pozmaq, Almaniyanın azadlığına xələl gətirmək və ya Ukraynada baş verənlərlə bağlı eyhamlar kimi ifadələrinin tamamilə qəbuledilməz hesab edir” deyilib.

Annalena Burbok daha əvvəl demişdi ki, Rusiya diplomatları hər gün azadlığa və ictimai birliyə qarşı işləyir. O, həmçinin Kiyev yaxınlığındakı Buça şəhərinin küçələrində ölənlərin fotoşəkillərinin Rusiya rəhbərliyinin ukraynalılara qarşı inanılmaz qəddarlığından danışdığını bildirmişdi.

Rusiya hərbçiləri tərəfindən bir aya yaxındır işğal altında olan Kiyev vilayətinin Buça şəhərində mülki əhalinin qətliamlarını əks etdirən foto və video sübutlarının nümayişindən sonra Rusiya diplomatları dünya boyu kütləvi şəkildə qovulmağa başlayıb.

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov daha sonra diplomatların ölkədən çıxarılması qərarını onların diplomatik ünsiyyət və böhran şəraitində işləmək imkanlarının daralması ilə izah edib.


 





25.04.2022    çap et  çap et