Vaxt.Az

Söz azadlığı prinsipi...


 

“Twitter” dünyanın ən zəngin insanının nəyinə lazımdır?

Söz azadlığı prinsipi... Beləliklə, 300 milyard dollar sərvətə malik , dünyanın ən zəngin insanı olan İlon Mask Twitter səhmdarları ilə razılığa gələ bildi. “SpaceX” və “Tesla”nın sahibi ən yaxın zamanda 44 milyard dollar ödəməklə bu şirkəti də öz şirkətlərinin siyahısına əlavə edəcək.

Səhmdarların bir çoxu bu sövdələşməyə razı olmasa da, “Twitter”in direktorlar şurası səhmdarları razı sala bilib.

Hələlik sövdələşmə başa çatmayıb. Alqı-satqı prosesi tənzimləyici qurumların razılığından sonra başa çatacaq.

İlon Mask əvvəllər “Twitter”lə "yola getmirdi", tez-tez bu sosial media qurumunu söz azadlığı prinsiplərini pozduğuna görə tənqid edirdi. 

Mask “Twitter”i ciddi, həqiqi bir qlobal söz azadlığı platformasına çevirəcəyini açıqlayıb.

O, bu şirkəti yalnız özünün inkişaf etdirə biləcəyini vurğulayırdı.

Xatırlayıram ki, Mask Ukraynaya tez bir zamanda Starlink peyk internetini gətirsə də, prinsiplərinə sadiq qalaraq, Rusiya mediasına özünün Starlink internet şəbəkəsində blok qoyulması təklifini rədd etmişdi. O, bunun söz azadlığı prinsinə zidd olduğunu bildirmişdi.

“Twitter” Donald Trampın hesabını bağladıqdan sonra bu şirkət söz azadlığı prinsiplərinin pozulması ilə bağlı gündəmə gəlmişdi.

“Twitter” rəsmilərinin Donald Trampın çıxışına imkan verənlərin hamısının hesablarının bağlanacağı ilə bağlı açıqlamaları o zaman beynəlxalq aləmdə ciddi ictimai narazılıqlar yaratmışdı.

 





26.04.2022    çap et  çap et