Alqı-satqı aktının 2022-ci ilin sonunadək yekunlaşdırılacağı gözlənilir. Bu razılaşma haqqında elə “Twitter”də yazan Mask bildirir ki, onun hətta “ən qatı düşmənləri” belə bu sosial şəbəkənin iştirakçısı olaraq qalacaqlar, çünki “söz azadlığı elə bu deməkdir”.
Amerika istifadəçilərinin bir qismi bu sövdələşməyə qarşı çıxır və Maskı tənqid edirdilər. Onlar bildirirdilər ki, sosial şəbəkənin bir nəfər tərəfindən alınması onun platformasında müxtəlif ictimai və siyasi qruplara qarşı nifrətin qızışdırılmasına meydan açacaq.
Aprelin 4-də xəbər verilmişdi ki, Mask “Twitter”ə aid səhmlərin onda birini alaraq şirkətin ən böyük səhmdarına çevrilib. Elə həmin gün “Twitter” səhmlərinin qiyməti 9.2 faiz artmışdı.