Qalan tankların bu ilin sonunadək çatdırıla biləcəyi xəbər verilir.
Lakin sözü gedən tankların Kiyevə verilməsi üçün Almaniya federal hökumətinin icazəsi lazımdır.
“Reuters” agentliyi yazır ki, “Rheinmetall” konserninin nümayəndələri artıq kansler Olaf Şoltsun administrasiyasına müraciət ediblər.
“Rheinmetall” habelə Ukraynaya 100 ədəd “Marder PDM”nin çatdırılması üçün icazə istəyib.
***
Leopard 1 tankının müxtəlif modifikasiyaları 2010-cu ilədək Almaniya silahlı qüvvələri – Bundesverin istifadəsində olub.
Hazırda Almaniya ordusunda bu tankları Leopard 2 modifikasiyası ilə əvəzləyirlər.
Leopard 1 tanklarına gəlincə isə bu tanklar dünyanın bir sıra ölkələrinin ordularında var.
Aprelin 25-də bu da xəbər verilib ki, Varşava Kiyevə müəyyən sayda köhnə T-72 sovet tanklarını verib.
Bunun əvəzində Britaniya Polşaya öz istehsalı olan yeni “Challenger 2” tankları verməlidir.