Rusiyanın hökuməti bu yanğın və partlayışların səbəbini açıqlamır. Yerli şəhər merləri isə əsas səbəb kimi, Ukraynanın vurduğu raket zərbələri kimi görürlər. Doğurdan da, bu qədər və eyni bir arealda, Ukrayna sərhədi yaxınlığında şəhərləri bu partlayışlar əhatə etməsi təsadüf görünmür.
Görünür ki, Ukrayna da artıq, texnika, raketlərlə silahlanıb, Rusiya tərəfinin 2 ayda onların şəhər və kəndlərini atəşə tutub tələfatlar törətməsinə dözməyib, eyni adekvat əks-cavablara başlayıb. Artıq, Ukraynada bütün növ hərbi arsenal, silah var, Rusiyada olan təyyarələr, raketlərdən və s.
Heç bir sülh danışıqlarının nəticəni verməməsi səbəbindən, çox təəssüf ki, münaqişə artıq, daha geniş, qarşılıqlı müharibə fazasına keçir. Gərək Rusiya özünü böyük, güc mərkəzi dövləti kimi aparıb, məsələni bu həddə çatdırmayaydı. Əslində bu, münaqişə başlanğıcından mənasız və lazımsız, təkəbbür, anlaşılmazlıq nəticəsidir.
Nə, o qədər ucsuz-bucaqsız sahəsi olan Rusiya üçün Ukraynanın torpağı, mülkü ehtiyac deyildi. Nə də, Ukrayna müstəqil quruluş yolu tutsa da, qonşusu Rusiyaya qarşı zərərli mövqe tutmaz, əksinə xeyirxah, həm sərfəli əməkdaşlıq edərdi. Ermənistanda dəyişiklik oldu və Paşinyan gəldi, Rusiyaya qarşı pis nə dəyişdi? Münasibət qalır.