Vaxt.Az

Obama Putinlə danışdı


 

ABŞ prezidenti şərtlərini irəli sürüb

Obama Putinlə danışdı ABŞ prezidenti Barak Obama ilə Rusiya prezidenti Vladimir Putin arasında Ukrayna mövzusunda növbəti telefon danışığı olub. APA-nın xəbərinə görə, Ağ Evin açıqlamasında bildirilir ki, B.Obama 1 saat davam edən söhbətdə Ukrayna böhranında çıxış üçün Ukrayna xalqının, Rusiyanın və beynəlxalq ictimaiyyətin maraqlarını nəzərə alan ssenari təklif edib.

ABŞ prezidentinin təklifləri aşağıdakılardır:

 

 

B.Obama bildirib ki, dövlət katibi Con Kerri problemin diplomatik həlli üçün Rusiya xarici işlər naziri Sergey Lavrov, Ukrayna hökuməti və digər tərəflərlə danışıqları davam etdirəcək. 

Kremlin mətbuat xidmətinin məlumatında isə deyilir ki, V.Putin Rusiya-ABŞ münasibətlərinin dünyada sabitlik və təhlükəsizliyin təmin olunması baxımından çox vacib olduğunu söyləyib. Onun fikrincə, bu münasibətlər ayrı-ayrı beynəlxalq problemlərə (hətta bu problemlər çox önəmli olsa belə) qurban verilməməlidir. Ağ Evin təşəbbüsü ilə baş tutan telefon danışığında tərəflərin Ukraynada böhranın yaranması və cari vəziyyətlə bağlı yanaşmalarında və dəyərləndirmələrində fərqlilik olduğu ortaya çıxıb. V.Putin B.Obamanın nəzərinə çatdırıb ki, Rusiya Ukraynanın cənub-şərqindən gələn kömək barədə çağırışları diqqətə almaya bilməz və beynəlxalq hüquq normalarına tam uyğun hərəkət edir.

 





07.03.2014    çap et  çap et