“Təhsil Nazirliyi yanında Peşə Təhsili Agentliyinin yaranması peşə təhsilinin inkişafına təkan verdi. Amma bir müddət sonra durğunluq yarandı. Belə ki, altı il ərzində agentliyin 5 direktoru dəyişib. Bu idarəetmədə ciddi boşluqların yaranmasına səbəb olub. Bu il 11-ci sinif olan 92673 şagirddən 23650 nəfəri 0-50 arasında bal toplayıb. Ölkədə savadsızlıq tüğyan edir. Fərz edək bu şəxslər peşə məktəbinə üz tutdular, onda orada necə təhsil alacaqlar?”, - deputat çıxışında vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın Azərbaycanda savadsızlığın tüğyan etməsinə dair fikri ilə razılaşmadığını söyləyib. Spiker Azərbaycanda təhsilin inkişafı ilə əlaqədar kifayət qədər işlərin görüldüyünü xatırladıb.