Vaxt.Az

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşüb


 

Qonaqlara Azərbaycan-Ermənistan münasibətləri müzakirə olunub

Ceyhun Bayramov ABŞ rəsmiləri ilə görüşüb Bu gün, aprelin 26-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları Dövlət katibinin köməkçisinin Qafqaz məsələləri, regional münaqişələr və Cənubi Avropa məsələləri üzrə müavini Erika Olsonu qəbul edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə, həmçinin ABŞ Dövlət Departamentinin Qafqaz bölgəsi danışıqları üzrə ali müşaviri Endryu Şofer də iştirak edib.

Açıqlamaya görə, ABŞ rəsmisi ölkəsinin bölgədəki səfirlərinin Bakıda görüşünün keçirilməsi ilə bağlı nümayiş etdirilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib:

“Görüşdə tərəflər ikitərəfli münasibətlərin inkişafı, habelə bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə fikir mübadiləsi aparıblar”.

Nazir Ceyhun Bayramov iki ölkə arasında normallaşma, gələcək sülh müqaviləsinin işlənib hazırlanması, sərhədin delimitasiyası, bölgədə bütün kommunikasiya xətlərinin açılması və etimad quruculuq tədbirləri istiqamətlərində atılan addımlar barədə məlumat verib.

 





26.04.2022    çap et  çap et