Vaxt.Az

Ənənəvi rus siyasəti


 

Dünya dəyişir, amma Kremldə plan bə dəst-xətt həmişə sabitdir

Ənənəvi rus siyasəti Ukrayna Silahlı Qüvvələrinin generalı Aleksandr Petlureviçin dünən axşam, Qordona verdiyi müsahibəsində olduqca maraqlı faktlar açılır. Rusiyanın Ukraynaya təcavüzü, Kiyev hakimiyyətini bir neçə sutkaya diz çökdürüb, prezident kürsüsünə eks-prezident Yanukoviçi oturmaq planı, həm təbəssüm, həmdə sual doğururdu, axı bu necə etmək olar? Prezident seçkili vəzifədir, şah səltənəti deyil.

Kremlin planı əsasınsa hələ ötən ilin dekabr ayında V. Yanukoviçin vəkilləri, Kiyev dairə məhkəməsinə müraciət edərək, müştərilərinin 2014-cü ildə prezident postundan qeyri qanuni yolla uzaqlaşdırılması barədə isk qaldırıblar. Ukrayna qanunverciliyinə görə isə fəhlədən, prezidentə qədər, hər bir vətəndaş, işindən azad edilməsi barədə şikayəti məhkəməyə yalnız 6 ay ərzində verə bilər. Buna baxmayaraq Kiyev məhkəməsi Yanukoviçin şikayətini nəinki icraata götürmüş, hətta işin baxılması üçün gün təyin etmişdir. Təbii ki, bu gün 24 fevraldan sonraya təsadüf edir. Həmçinin bu ilin yanvar ayında vəkillər Ali Radaya bu kənalaşdırmanın Konstitusiyaya zidd olması ilə bağlı rəsmi müraciət ünvanlamışlar. Deməli əgər 24 fevralda başlanan əməliyyat Moskva üçün uğurla nəticələnsə idi, artıq ələ alınıbmış məhkəmə hakimləri, Yanukoviçin xeyrinə qərar çıxaracaq, bu qərarı ali Radada təsdiqlənməsi, eks-prezidentin yenidən legitimlik qazanması baş verəcək, o yeni kabinet formalaşdıracaqdı.

Bu olay 1979-ci sovet ordusunun Əfqanıstana daxil olmasını xatırladır. Çexiyada səfir qismində çalışan Babrək Kariməl xəlvəti olaraq əsgər geyimində Kabil hərbi aeroportuna gətirilir, Vitebsk desant diviziyasının məlum “Ştorm-333” əməliyyatı nəticəsində Əfqanıstan prezidenti Hafizulla Əmin və ətrafı, ailəsi öz iqamətgahında məhv edilir, B.Kariməl isə ölkənin yeni prezidenti elan olunur. O vaxtdan 42 il keçməsinə, çox şeyin dəyişməsinə baxmayaraq, eyni plan, eyni dəst-xətt. Dəyişməyən Rusiyanın siyasəti, rəhbərinin, orqanlarının səriştəsiz, ağılsız hərəkətidir. 

Yeri gəlmişkən onu da qeyd edim ki, üç dəfə məhkəməyə çıxarılan, iki dəfə həbsdə yatan (bir dəfə adam öldürmə, bir dəfə isə zorlama) V.Yanjkoviç prezident seçilərkən bizim xalq yazıçımız Çingiz Abdullayev onun haqqında sifarişlə, reklam məqsədli kitab yazmışdı. Səbəbini sorduqda, bu insanın çox maraqlı həyatı var demişdi.

 





27.04.2022    çap et  çap et