Vaxt.Az

“Twitter”in gələcəyi qeyri-müəyyəndir


 

“Platformanın hansı istiqamətə gedəcəyini bilmirik”

“Twitter”in gələcəyi qeyri-müəyyəndir “Twitter”in CEO-su Paraq Aqraval bazar ertəsi işçilərə bildirib ki, “Tesla”nın baş direktoru İlon Mask sosial mediaya nəzarət etdikdən sonra şirkətin tutacağı istiqamət qeyri-müəyyəndir. Elə həmin gün İlon Mask “Twitter”i 44 milyard dollara satın almaq barədə razılığa gəlib. O, platformanın söz azadlığını daha da dəstəkləyəcəyini vəd edib.

Bu addım platformanın istifadəçilərinin söz azadlığına qoyulan məhdudiyyətləri yumşaltmaq üçün nə qədər irəli gedəcəyi ilə bağlı suallar doğurub.

Aqraval bazar ertəsi təşkil olunan iclasda işçilərin suallarını cavablandırıb. “Reuters” xəbər agentliyi bu cavabların bir neçəsini eşitməyə müyəssər olub.

Xəbər agentliyi Aqravalın işçilərə “müqavilə bağlandıqdan sonra platformanın hansı istiqamətə gedəcəyini bilmirik” dediyini xəbər verir.

Baş icraçı direktor keçmiş prezident Donald Trampın fəaliyyətini daimi dayandırmasına baxmayaraq, yenidən “Twitter”ə qoşulmasına icazə verilib-verilməyəcəyi ilə bağlı sualı da cavablandırarakən deyib ki, inanıram ki, İlon ilə danışmaq fürsətimiz olduqda, bu, onunla birlikdə cavab verməli olduğumuz bir sualdır”.

“Twitter” 2021-ci il 6 yanvar tarixində ABŞ Konqresinin binasına basqından sonra zorakılıq riskini əsas gətirərək Trampa platformanın qapılarını bağlayıb.

Mask “Twitter”in keçmiş prezidentin hesabını bağlanmasına səbəb olan məzmun məhdudiyyətlərinin bir çoxunu yumşaltmağı təklif edib.

Raket istehsalçısı “SpaceX”in baş direktoru olan Mask “Twitter”in öz azad söz potensialını reallaşdıra bilməsi üçün özəl şirkətə çevrilməsi lazım olduğunu da bildirib. O özünü “azad söz mütləqiyyətçi”si kimi təsvir edir.

 





26.04.2022    çap et  çap et