Vaxt.Az

Ukrayna öz hava məkanına nəzarət edir


 

Rusiya Mariupola sərbəst düşən bombalar atır

Ukrayna öz hava məkanına nəzarət edir Ukrayna hava məkanının əsas hissəsinə nəzarəti bərpa edib, çünki Rusiya ölkənin havadan müdafiə sistemlərini sıradan çıxara bilməyib. Məlumatı Britaniya kəşfiyyatı aprelin 27-də yayıb.

“Rusiyanın Ukraynanın şimalına və qərbinə çıxışı məhduddur... Hazırda Rusiyanın havadan fəaliyyəti əsasən Ukraynanın cənubuna və şərqinə yönəlib, Rusiyanın quru qüvvələrinə dəstək verir”, – Britaniyanın Müdafiə Nazirliyi gündəlik bülletenində qeyd edib.

Moskvanın Ukraynada hərbi obyektləri və logistika infrastrukturunu da hədəfə aldığı vurğulanır.

Məlumatda o da qeyd olunur ki, dinc sakinlər arasında ölüm riski böyükdür, Rusiya Ukraynanın mühasirədə olan Mariupol şəhərinə əsasən sərbəst düşən bombalar atır.

“Bu silahlar Rusiyanın hədəfi fərqləndirmək qabiliyyətini azaldır, dinc sakinlər arasında ölüm riskini yüksəldir”, – nazirlik vurğulayır.

 





27.04.2022    çap et  çap et