Hər iki ölkə aprelin 26-da bildirib ki, “Gazprom” bu gündən onları təbii qaz təchizatını dayandıracağı haqda bilgiləndirib.
Aİ Rusiyanın Ukraynaya səbəbsiz təcavüzünü pisləyib. Prezident Vladimir Putin ötən ay deyirdi ki, “qeyri-dost” xarici alıcılar qaz üçün dollar və avroyla deyil, rublla ödəniş etməli olacaqlar.
Aİ-nin bir çox üzvləri Putinin bəyanatını rədd edib, valyutanı dəyişməyi kontraktı pozmaq kimi dəyərləndirib.
***
Aprelin 27-də səhər, “Gazprom”un açıqlamasından öncə Polşaya qaz təchizatı sıfıra düşüb, sonradan yenidən qalxıb.
Bolqarıstanın “Bulgartransgaz” operatoru isə aprelin 27-də bildirib ki, daha öncəki təhdidlərə baxmayaraq, Rusiyadan qaz təchizatı davam edir.
Aİ-nin digər üzvü Macarıstanın aprelin 27-də bildirdiyinə görə, Serbiya və Bolqarıstan ərazisindən Rusiya qazını almaqdadır.
Macarıstanın Baş naziri Viktor Orban Putinin dostudur və Rusiya qazını rublla almağa razılıq verən azsaylı ölkələrdəndir.
Avstriya da aprelin 27-də Rusiyadan qaz təchizatının məhdudlaşmadığını bildirib.