Vaxt.Az

“Moskva şantaj edir”


 

“Bu ssenariyə hazırıq…”

“Moskva şantaj edir” “Gazprom” şirkəti Bolqarıstan və Polşaya qaz təchizatını dayandırandan sonra Avropa İttifaqı Moskvanı “şantaj”da suçlayıb.

““Gazprom”un Avropada alıcılara qaz təchizatını birtərəfli dayandırdığını elan etməsi Rusiyanın qazdan şantaj aləti kimi daha bir istifadə cəhdidir”, – Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bəyanatında deyib.

“Bu ssenariyə hazırıq… Üzv ölkələr məhz belə bir ssenari üçün fövqəladə planlar hazırlayıblar, biz də onlarla koordinasiya və həmrəylik göstərmişik”, – o vurğulayıb.

Polşa qazın kəsildiyini təsdiqləyib. Bolqarıstanın Baş naziri Kiril Petkov Rusiyanın addımını mövcud kontraktın ciddi pozuntusu adlandırıb, “birtərəfli şantajın qəbul edilmədiyini” deyib.

Bolqarıstanın Enerji naziri Aleksandr Nikolov aprelin 27-də deyib ki, alternativ yollar axtarıldığı müddətdə ölkə istifadəçilərin ehtiyaclarını qarşılaya bilər.

 





27.04.2022    çap et  çap et