Vaxt.Az

Su həcmi və sahəsi ciddi azalıb


 

Urmiya gölünün güney hissəsi tamamilə yox ola bilər

Su həcmi və sahəsi ciddi azalıb Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini Höccət Cabbari Urmu gölündə ekoloji problemin daha da dərinləşdiyini deyib. “Bu il də mövcud tendensiyanın davam etməsi ilə Urmiya gölünün cənub hissəsini itirəcəyik”, - deyə o xəbərdarlıq edib.

Bundan öncə gölün bərpası ilə bağlı ümidlərin çoxaldığını deyən Cabbari, yağıntıların azalması, bərpa işlərinin axsaması və gölə buraxılmalı olan su payının verilməməsinin durumu yenidən çətinləşdirdiyini bildirib.

Urmu gölünün su həcmi və sahəsinin ötən ilin oxşar dövrü ilə müqayisədə önəmli dərəcədə azaldığını deyən Höccət Cabbari 3.4 milyard kubmetr olan ilki su payının yalnız 700 milyon kubmetrinin gölə buraxılmasını onun bərpasına heç bir təsir göstərməyəcəyini söyləyib.

Gölün bərpası işlərinin praktiki olaraq dayandırıldığını deyən Qərbi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizəsi Baş İdarəsinin texniki məsələlər üzrə rəis müavini bunu insan qüvvəsi və lazım olan büdcənin ayrılmaması ilə əlaqələndirib.

 





27.04.2022    çap et  çap et