Nazirlik fəalların adlarının reyestrə salınmasının səbəbinin sadəcə “cinayət işi ilə bağlı” olduğunu qeyd edib.
Kreml tənqidçisinin həbsinə etiraz edən minlərlə insan həbs edilib.
Navalnı 2021-ci ilin yanvar ayında Almaniyadan qayıdarkən hava limanında həbs edilib və o vaxtdan bəri dəmir barmaqlıqlar arxasındadır.
Alburov və Şavəddinov da olmaqla, Navalnının tərəfdaşları və siyasi koordinatorlarının yarıdan çoxu, ya Rusiyanı tərk edib, ya da həbs edilib. Bəziləri isə “terrorçu” və ya “ekstremist” kimi axtarışa verilib.
Navalnının zəhərlənməsinin səbəblərini araşdıran və onun korrupsiya araşdırmalarına istinad edən jurnalistlərə “xarici agent” damğası vurulub.
Keçən il Moskva Şəhər Məhkəməsi Navalnı ilə əlaqəsi olan bütün təşkilatları ekstremist elan edib, Navalny və onun Rusiya üzrə regional ofisləri şəbəkəsi ilə əlaqəli şəxslərin dövlət idarələrində işləmələrinə mane olub.
Navalnının təşkilatları ilə bağlı qərarda onlarla işləmiş fəallar üçün uzunmüddətli həbs cəzası da nəzərdə tutulur.
Navalnıya əvvəlki şərti azadlığın qaydalarını pozduğuna görə 2 il yarım həbs cəzası verilib. Onun mühakimə olunması çoxları tərəfindən qondarma, siyasi motivli iş kimi qiymətləndirilir.
Navalnı Putini Noviçok tipli kimyəvi maddə ilə zəhərləməkdə günahlandırıb. Kreml hücumda əli olduğu ilə bağlı ittihamı rədd edib.