Bu barədə məlumatı baş nazir administrasiyası rəhbərinin müavini Taron Çaxoyan verib.
Azatutyun yazır ki, Yerevandakı Paronyan və Leo küçələrinin kəsişməsində avtomobillə vurulmuş 28 yaşlı Sona Mnatsakanyanın və onun bətnindəki uşağın həyatını xilas etmək mümkün olmayıb.
***
Xəbər verilir ki, gənc qadın “Support Our Heroes” (Qəhrəmanlarımıza dəstək verək) təşkilatının təsisçilərindən biri və separatçıların Qarabağda tikdikləri “Tever” mərkəzinin üçün proqramların rəhbəri idi.
Aprelin 27-də hadisədən 24 saat sonra baş nazirin ofisindən insident vaxtı Paşinyanın kortejdəki maşınlardan birində olduğunu təsdiq ediblər.
Bu da qeyd olunur ki, hadisəni törədən avtomobil insidentdən sonra dayanmayıb və yoluna davam edib.
Həmin maşının sürücüsü – yol polisinin korteji müşayiət edən rotasının komandiri hadisə yerinə yalnız iki saatdan sonra qayıdıb. Şəxsin yol hərəkəti və təhlükəsizliyi qaydalarını pozması şübhəsi ilə saxlandığı xəbər verilir.
***
Media və sosial şəbəkələrdə hadisəni əks etdirən ziddiyyətli videogörüntülər yayılıb.
Bunlardan bəzilərində qadının çaşqınlıqla yolu keçməyə çalışdığı, hadisədən sonra isə baş nazir kortejinin dayanmadan yoluna davam etdiyi görünür.
Hadisə törədiləndən sonra kortejin niyə dayanmadığı barədə suala cavab verən Çaxoyan deyib: “Bu halda bütün maşınlar dayanar və yolda, habelə başqa küçələrdə əlavə tıxac yaranar və beləliklə təcili yardım maşının gəlməsinə maneçilik törənərdi”.