Vaxt.Az

Holokostdan 81 il keçir


 

Bu müddət ərzində insani dəyərlər 1 addım belə irəli gedə bilməyib

Holokostdan 81 il keçir Bu gün bütün dünyadakı yəhudilər “Yom xa-zikaron la-Şoa ve-la-qvura”nı, Xolokost Qurbanlarının Anım Gününü qeyd edirlər. 28 aprel (27 nisan) günü İsraildə yerli vaxtla saat 10-da 2 dəqiqəlik matəm sirenası səslənəcək. Bundan dərhal sonra Varşava Gettosu meydanında əklil qoyulması mərasimi olacaq.

Mərasimdə İsrail Prezidenti İshak Hersoq, baş nazir Naftali Bennet, knessetin spikeri Miki Levi və Ali Məhkəmənin rəhbəri Ester Hayyut iştirak edəcəklər.

Saat 11-jə Knessetdə “Hər insanın adı var” mərasimi başlayacaq. Mərasimdə Şoa, yəni Holokost zamanı həlak olmuş yəhudilərin adları oxunacaq. İlk dəfə olaraq mərasimdə Almaniya bundestaqının spikeri Berbel Bas iştirak edəcək.

Saat 13-də Yad va-Şem memorialındakı “İzkor” çadırında analoji mərasim olacaq.

Bugünkü tədbirlər Lohamey a-getatot kibusundakı muzeydə başa çatacaq. Mərasimdə dövlət başçısı İshaq Hersoq iştirak edəcək.

1941-1945 illər ərzində davam edən Holokost soyqırımında 6 milyondan artıq yəhudi faşistlər tərəfindən qətlə yetirilib.

 





28.04.2022    çap et  çap et