Vaxt.Az

KTMT – sözdə ittifaq


 

Koalisiya alınmadığına görə də Qazaxıstanı hədəf götürüb

KTMT – sözdə ittifaq Kreml Ukraynaya qarşı müharibədə Rusiya ətrafında koalisiya formalaşdırmaq istəsə də, bu alınmadı. Heç bir ölkə işğalçı savaşda Rusiyanın yanında yer almaq istəmədi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr müharibədən məsafə saxladılar, hətta Belarus prezidenti Aleksandr Lukaşenko belə Kremlə dəstək versə də, ordusuna Ukraynaya hücum əmri verməkdən çəkindi.

Rusiyaya qarşı koalisiyaya qoşulan dövlətlərin sayı 40-ı ötüb. Bu sıraya Rusiyanın məğlubiyyətini arzulayan dövlətləri də əlavə etmək lazımdır. İkinci Dünya Müharibəsində Hitler Almaniyasına qarşı yaradılan beynəlxalq koalisiyaya rəsmən 53 ölkə qoşulmuşdu. Ancaq Hitlerin heç olmazsa Yaponiya və İtaliyanın simasında müttəfiqləri var idi, Stalinqrad döyüşündə Almaniya tərəfdən italyanlar və rumınlar da savaşırdı. Rusiya isə müharibəyə yalnız tərkibindəki azsaylı xalqları göndərib. Koalisiya alınmadığına görə də Qazaxıstanı hədəf götürüblər.

 





28.04.2022    çap et  çap et