Bu gün baş tutan AFFA İcraiyyə Komitəsinin iclasından sonra «Xəzər Lənkəran»ın vitse-prezidenti Tuyqun Nadirov qəbul edilmiş qərarlara münasibətini bildirib. Futbolinfo.az saytına açıqlama verən klub rəsmisi qərarların qəbul olunmasından əvvəl mütəxəssis fikirlərinin dinlənilməsinin müsbət hal olduğunu bildirib:«İcraiyyə Komitəsinin qəbul etdiyi bütün qərarları dəstəkləyirik. Ən vacibi odu ki, bizim məşqçilərin fikirlərini dinləyirlər. Onların fikirləri nəzərə alınır. Ölçülüb-biçilmiş qərarların qəbul edilməsi yaxşı haldı. Verilən qərarlara hər bir klub hörmət etməli və onları yerinə yetirməlidir. Yenə deyirəm, əsas vacib məsələ mütəxəssislərin dinlənilməsidir».
çap et