Qanun habelə Rusiya ilə müharibədə olan Ukraynaya ABŞ-ın hərbi və humanitar yardım yüklərinin fasiləsiz axınına şərait yaradacaq.
Sözü gedən qanunun lehinə 417, əleyhinə isə cəmi 10 millət vəkili səs verib.
Senat sözü gedən qanun layihəsini bundan əvvəl qəbul etmişdi. İndi qanunun prezident Co Bayden tərəfindən imzalanması tələb olunur.
Qanunda ABŞ-ın 2023-cü ilədək Ukraynaya və Şərqi Avropanın başqa ölkələrinə silah və sursat göndərməsini nəzərdə tutur.
Qanun Ukraynadan aldığı silahlar üçün əvvəlcədən ödəniş etməsini tələb etmir. Əslində lend-liz (lend-lease) ifadəsinin özü “icarə-kirayə” kimi tərcümə olunur.
Xəbər verilir ki, bu qanun Ukraynanın ABŞ-dan ən müasir silahlar almasına yol açır.
Buna baxmayaraq veriləcək silahların siyahısı daha sonra müəyyənləşdiriləcək.
Bundan əvvəl lend-liz qanunu tarixdə bircə dəfə - II Dünya Müharibəsi zamanı qəbul olunub.
O qanun Hitler Almaniyasına qarşı döyüşən Britaniya və ovaxtkı Sovet İttifaqına hərbi və humanitar yardımın göstərilməsini nəzərdə tuturdu.