Vaxt.Az

Qətərin Tehrandakı səfirinə sui-qəsd?


 

Məhəmməd bin Hamad əl-Həcri terrora məruz qalıb

Qətərin Tehrandakı səfirinə sui-qəsd? Qətərin Tehrandakı səfirinə sui-qəsd edildiyinə dair xəbərlər yayılıb. Bu barədə sosial mediada geniş məlumatlar paylaşılıb. Məlumata görə, hadisə aprelin 28-i gecə saatlarında baş verib.

Qətərli diplomatın Tehran şəhərinin “Mirdamad” dörd yolunda terrora məruz qaldığı iddia olunur.

İran rəsmiləri xəbərin yayılmasından sonra heç bir açıqlama verməyib. Yalnız aprelin 29-ü günortaya yaxın məsələyə münasibət bildiriblər.

XİN-in bəyanatında xəbəri yayan qaynaqlara işarə edilməyib və yerli mediaya bu barədə əlavə məlumat paylaşmamaları tövsiyə olunub.

 





29.04.2022    çap et  çap et