Meduza saytı Peskova istinadən yazır ki, builki 9 maya heç Putinin müttəfiqi Alyaksandr Lukaşenka da dəvət olunmayıb.
Dmitri Peskovun izahatına rəğmən Kreml hər il “yubiley ili” olub-olmamasına baxmayaraq 9 may paradına dünya liderlərini dəvət edib.
***
Bu paradlardan ən mötəbəri 2005-ci ildə olub. O vaxt Rusiya II Dünya Müharibəsində qələbənin 60 illiyini qeyd edirdi.
Həmin ilin paradına ovaxtkı liderlər – ABŞ prezidenti Corc Buş, Fransa prezidenti Jak Şirak, Almaniya kansleri Gerhardt Şröder, Çin lideri Hu Tzintao, İtaliyanın və Yaponiyanın baş nazirləri Silvio Berluskoni və Cuniçiro Koyzumi gəlmişdilər.
Qələbənin 70-ci ildönümü 2015-ci ilə, Rusiyanın Krımı qanunsuz ilhaq etməsindən bir il sonraya təsadüf etmişdi.
Qərb ölkələrinin liderləri bu parada dəvətdən imtina etmişdilər.
Buna baxmayaraq demək olar hər ilin 9 mayında Qırmızı meydanda keçirilən paradlarda xarici liderlərdən kimsə iştirak edib.
Məsələn ötən il Moskva paradına yalnız Tacikistan prezisdenti Emomali Rahmon gəlmişdi.
Xəbər verilir ki, bu il keçiriləcək 9 may paradında 11 min hərbçi iştirak edəcək.