Vaxt.Az

«İdarə heyətinin 5 üzvü əcnəbidi»


 

«Onlar da istəyir ki, daha çox futbolçu gəlsin və özlərinə oyunçu seçsinlər»

«İdarə heyətinin 5 üzvü əcnəbidi» «Bizim «Atletiko» və «Lans»la danışığımız olub. Azərbaycan tərəfi nə qədər həmin ölkəyə futbolçu versə, onlar həmin futbolçuları qəbul edib, yerləşdirəcək». Futbolinfo.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında «Bakı» klubunun prezidenti Hafiz Məmmədov deyib.

Məmmədov İK-nın iclasından və klubda idarə heyətinin formalaşmasından da söz açıb: «İcraiyyə Komitəsinin iclası yüksək səviyyədə keçdi. Rəsmi açıqlama olanda baxarsınız ki, necə proqressiv qərarlar qəbul olundu. Bu qərarların bir çoxunu biz klubda həyata keçiririk. Yaratdığımız idarə heyəti haqqında da məlumat veriləcək. Bu idarə heyətinin 5 nəfəri xaricdəndi. Bu haqda açıqlama vermək istəmirəm. Bu 5 nəfərin də «Bakı»da fəaliyyət göstərməsini təmin etmək lazımdı. «Bakı» olsun, ya başqa klub olsun, yaşından asılı olmayaraq hər ay millinin bir üzvünü Madridə, Fransaya göndərmək lazımdı. Dostluğa görə «Atletiko» bütün xərcləri öz üzərinə götürür. Düzdü, buna ehtiyacımız yoxdu. Bu, sadəcə, aramızda olan dostluqdan irəli gəlir. Onlar da istəyir ki, daha çox futbolçu gəlsin və özlərinə oyunçu seçsinlər».

 





07.03.2014    çap et  çap et